Avtomobil qaz qurğusuna çırpıldı,120 abonent qazsız qaldı – Foto

  • 07 Noy - 2019

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

"Azəriqaz" İstehsalat Birliyindən Avropa.info-ya verilən məlumata görə, "Opel" markalı minik avtomobili ilə toqquşan "Mersedes" yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

"Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür", - deyə "Azəriqaz"dan bildirilib.

 


Oxunma sayı: 441

Oxşar yazılar