İmişli sakinləri Prezidentə müraciət etdi: "Çöldə biraz külək olan kimi qorxub evi tərk edirik" - Foto,Video

  • 07 Noy - 2019

İmişli Şəhər Neftçilər Qəsəbəsi sakinləri Prezident İlham Əliyevə müraciət edib. 

Sakinlərin Avropa.info-ya verdikləri məlumata görə, 20 evdən ibarət qəsəbə 1977-ci ildə salınıb.  

"Bizim evlər 1977-ci ildə tikilib və istismar müddəti bitib. Bu qəsəbədəki evlər beton və daşdan istifadə olunmadan taxta parçalarından tikilib. Çöldə biraz külək olan kimi ev əsir və qorxub evi tərk edirik. Dəfələrlə dövlət qurumlarına müraciət etməyimizə baxmayaraq hələ də bir tədbir görülməyib. Sonuncu dəfə 6-7 ay bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları evlərimizə baxış keçirdi və evlərin yaşayış üçün təhlükəli olduğunu bir daha təsdiq etdilər."

Sizin vasitənizlə Cənab Prezidentimizə müraciət edirik. 
Cənab Prezident, bizim ümid yerimiz siz olduğunu üçün sizdən acizanə şəkildə xahiş edirik. 
Bizim uçmaqda olan evlərimiz barədə tədbir görülməsi üçün dövlət qurumlarına göstəriş verəsiniz.


Oxunma sayı: 4445

Oxşar yazılar