İstanbulda doktor Cəlal silahı çəkdi, azərbaycanlı həkim qadını güllələdi – Vurulan Aida onun 3 yaşlı uşağının anasıdır (Foto)

  • 17:09 - 07 Noyabr

İstanbulun Avcılar ərazisində özəl tibb mərkəzinin sahibi olan həkim azərbaycanlı həkim qadını tapança ilə vuraraq, ağır yaralayıb.

Avropa.info "Sabah" qəzetinə istinadən xəbər verir ki, Cəlal T. adlı həkim onunla eyni iş yerində çalışan azərbaycanlı qadın həkim Aida A. ilə hələlik bilinməyən səbəbdən mübahisə edib. Sonra silah çəkərək onu güllələyib. 

Qeyd olunur ki, Aida Cəlalın 3 yaşlı uşağının anasıdır. 

Qarın nahiyəsindən vurulan Aida A. ağır yaralanarkən Cəlal T. hadisə yerindən qaçmaq istəyib. Ancaq silah səslərinə tibb mərkəzinə gələn polis əməkdaşları tərəfindən yaxalanıb.

Xəstəxanaya götürülən Aidanın vəziyyətinin ağır olduğu bildirilir.

Avcılar'da tıp merkezinde doktor doktoru tabancayla vurdu

Oxunma sayı: 6117

Oxşar yazılar