Qadının boyunbağısını dartıb qaçdı – Foto

  • 15:43 - 07 Noyabr

Yasamal rayonu Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qarşı soyğunçuluq edilib.

Avropa.info DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartıb götürməklə hadisə yerindən qaçıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi boyunbağını satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb və Elşən Qorxlarovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Oxunma sayı: 4434

Oxşar yazılar