Bakıda qırmızıda keçən avtobusdan sərnişin yıxıldı: "Sürücü tapılacaq" – Video

  • 07 Noy - 2019

Noyabrın 5-də Azadlıq prospektində hərəkətdə olan 99-JP-548 qeydiyyat nişanlı 133 nömrəli avtobusun qapıları açıq vəziyyətdə olduğu üçün həmin avtobusdakı sərnişinlərdən biri yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb.

Daha sonra avtobus sürücüsü buna məhəl qoymadan hərəkətini davam etdirərək svetoforun qırmızı işığında yolayrıcına daxil olub.

Hadisə ilə bağlı Lent.az -a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin avtobus sürücüsü mütləq tapılacaq və barəsində tədbir görüləcək:

“Kimsə yıxılıb xəsarət alıbsa və vətəndaş bununla bağlı müraciət edibsə, cinayət işi də açıla bilər. Vətəndaş müraciət etməzsə belə avtobus qapıları açıq vəziyyətdə getdiyi, qırmızı işıqda keçdiyi və təhlükəli manevr etdiyi üçün inzibati xəta tədbiri yaradıb”.

Qeyd edək ki, hadisə ilə bağlı məlumatı və videonu Avtosfer.az saytı yayıb.


Oxunma sayı: 441

Oxşar yazılar