Bakıda evdən içərisində 10 min manat olan seyf oğurlandı

  • 14:47 - 07 Noyabr

Bakıda evdən içərisində 10 min manat olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4874

Oxşar yazılar