Bakıda "Mərd Petrol" yanacaqdoldurma məntəqəsi vətəndaşın avtomobilinə benzinə qatılmış su vurdu, maşın yararsız hala düşdü (FOTO)

  • 13:21 - 07 Noyabr

Bakının "Şamaxinka" adlanan ərazisində yerləşən "Mərd Petrol" adlı yanacaq doldurma məntəqəsində avtomobillərə benzin əvəzinə su vurulur.

Bu haqda Avropa.info-ya müraciətində vətəndaş Qasımov Şirvan deyib. 

Vətəndaşın dediyinə görə, noyabrın 3-də "Passat" markalı avtomobilinə "Mərd Petrol"dan 40 manatlıq benzin vurub. Bundan sonra, avtomobil yarasız hala düşüb.

"Noyabrın 3-də "Mərd Petrol"dan şəxsi avtomobilimə 40 manatlıq benzin vurdum. Elə həmin gün avtomobilim xarab oldu. Ustaya müraciət edəndə məlum oldu ki, avtomobilə benziə qatılmış su vurulub və maşın yarasız hala düşüb. Mən taksi xidməti göstərərək ailəmə çörək pulu qazanan insanam. Artıq 4 gündür avtomobilimin təmiri ilə məşğul olduğumdan işləyə də bilmirəm. Avtomobilin benzin nasosunu, şamlarını və digər ehtiyat hissələrini dəyişmək məcburiyyətində qalmışam. Məsələylə bağlı "Mərd Petrol"a müraciət etsəm də, məni müdriyyətlə görüşdürməkdən imtina etdilər.  Avtomobilimə benzin əvəzinə su vuran "Mərd Petrol"dan maşına dəyən zərəri tələb edirəm" - Şirvani Qasımov belə deyib.

Qeyd edək ki. "Mərd Petrol"un avtomobillərə benzin əvəzinə su vurması haqda informasiyalar yeni deyil. Məsələn, noyabrın 2 də saytlarda kütləvi şəkildə "Mərd Petrol"un benzin əvəzinə su vurması haqda məlumatlar yayılıb. 

 


Oxunma sayı: 14048

Oxşar yazılar