Avropadan Aİ-nin PKK/PYD-yə verdiyi dəstəyə etiraz: “Əməliyyat Türkiyənin həyati maraqlarına uyğundur"

  • 07 Noy - 2019

Fransız politoloq Saint-Prot: “Beynəlxalq media PKK/YPG-dən qaçaraq Türkiyəyə sığınan 400 min Suriyalı kürddən danışmır”

Avropa.info xəbər verir ki, Paris Geosiyasi Araşdırmalar Mərkəzinin baş direktoru Charles Saint-Prot "Anadolu" agentliyinə "Barış pınarı" əməliyyatını və Avropanın sözü gedən əməliyyatla bağlı mövqeyini şərh edib.

"Qeyd etməliyəm ki, Sülh Çeşməsi əməliyyatı BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, qanuni müdafiə hüququna uyğun olaraq həyata keçirilib", - deyən Saint-Prot, YPG/PYD terror təşkilatının PKK-nın Suriyadakı qanadı olduğunu, PKK-nın NATO ve Aİ tərəfindən terror təşkilatı olaraq tanındığını xüsusilə vurğulayıb. Saint-Prot, bu terror təşkilatlarının Türkiyənin ərazi bütövlüyünü və birliyini təhdid etdiyini bildirib. 

Əməliyyatın, eyni zamanda, BMT-nin terrorla mübarizə məsələsində aldığı qərarlara uyğun olduğunu ifadə edən Saint-Prot deyib: 

“Əməliyyat Türkiyənin həyati maraqlarına uyğundur. Hansı dövlət bütövlüyünü tamamilə təhdid edən bir terror və separatçı təşkilatın cinayət əməllərinə güzəştə gedə bilər? Heç kim Türkiyənin öz milli təhlükəsizliyi naminə tədbirlər almasına mane ola bilməz. Bu şəraitdə əgər Türkiyənin yox olmasını və zəifləməsini istəmiriksə Ankaranın müdaxiləsini sadəcə qəbul edə bilərik. Təəssüf ki, bəzi dairələrdə vəziyyət belə görünür”,-deyə o bildirib.

Charles Saint-Prot qeyd edib ki, Avropa İttifaqının Türkiyəyə və milli təhlükəsizliyinə qarşı çıxması dəhşətvericidir.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) PKK/PYD-yə verdiyi dəstəyə etirazlar Avropada da artmaqdadır. Paris Geosiyasi Araşdırmalar Mərkəzinin baş direktoru Charles Saint-Prot Avropanın Sülh Çeşməsi əməliyyatı ilə bağlı mövqeyini və terror təşkilatlarına verdiyi dəstəyi tənqid edən əsas mütəxəssislərdən biridir.


Oxunma sayı: 749

Oxşar yazılar