Bağdadinin arvadı və qızı nə vaxt, harada ələ keçib? – Təfərrüat

  • 07 Noy - 2019

Almaniyanın dpa agentliyi ABŞ xüsusi təyinatlılarının öldürüdüyü İŞİD lideri Əbubəkr əl Bağdadinin ailə üzvlərinin saxlanması ilə bağlı əməliyyatın detallarını açıqlayıb.

Avropa.info xəbər verir ki, agentliyin türkiyəli rəsmiyə istinadən verdiyi xəbərə görə, Bağdadinin birinci arvadı Əsma Feysi Məhəmməd əl Kubeysi 2018-ci ilin 2 iyununda on nəfər İŞİD üzvü ilə Hatayda ələ keçib. 

Saxlanılan qrupda bir kişi, dörd qadın və altı uşaq olub. Əsmanın şəxsiyyəti qısa müddət ərzində müəyyən edilib və Bağdadinin ətrafında olan şəxslərlə bağlı bir çox məlumat verdiyi bildirilir. Saxlanılanlar arasında Bağdadinin qızının da olduğu, qızının şəxsiyyətinin gen testi ilə təsdiq olunduğu qeyd olunub. Bağdadiyə məxsus DNT-nin İraqdan gətirildiyi, Bağdadinin qızının adının isə Leyla Cəbir olduğu bildirilir. Saxlanılan şəxslər Türkiyədə bir deportasiya mərkəzində saxlanılır.

Xəbər verdiyimiz kimi, Ərdoğan bu gün etdiyi çıxışda Bağdadinin arvadının və yaxınlarının 1-1,5 ildir Türkiyənin əlində olduğunu, onların deportasiya mərkəzində saxlanıldığını demişdi.


Oxunma sayı: 1453

Oxşar yazılar