Qorxmaz Hüseynov: “Bəzi ərazilərdə BŞİH tərəfindən yanlışlığa yol verilib”

  • 07 Noy - 2019

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda binaların üzərindən çənlərin yığışdırılması və bu səbəbdən əhalinin susuz qalması məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, sədr qeyd edib ki, bəzi ərazilərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yanlışlığa yol verilib: "Hansı ərazilərdə fasiləsiz su rejiminə keçiriksə, bununla bağlı rayon icra hakimiyyətlərinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edirik. Həmin xətlərin kəsilməsi, su axıntılarının qarşısının alınması üçün dəstək veririk. Bu çənlərin yığışdırılmasının ilk təşəbbüsünü də biz vermişik. Amma bir anlaşılmazlıq oldu, səhv etmirəmsə, bu hadisə Xətai rayonunda baş verdi. Bakı Şəhər İcra Hakimiyyəti orada layihə həyata keçirəndə çənləri götürmüşdü. Sonra bizim mütəxəssislər ora göndərildi. Məlum oldu ki, həmin binalardan çənləri götürmək olmaz. Çünki həmin əraziyə fasiləsiz su vermək mümkün deyildi. Bu səbəbdən də çənlər geri qaytarıldı. Bundan sonra artıq koordinasiya qurduq ki, hansı qurum layihə icra edirsə, bizimlə razılaşdırsın".


Oxunma sayı: 386

Oxşar yazılar