Qarabağda “Bayraq yürüşü” – Fotolar

  • 07 Noy - 2019

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirir.

Lent.az -ın xəbərinə görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edirlər.

 

 

 

 


Oxunma sayı: 430

Oxşar yazılar