Ərdoğan: “Bağdadinin arvadı 1 ildən çoxdur əlimizdədir”

  • 07 Noy - 2019

Türkiyə prezidenti Ərdoğan Macarıstana səfərindən əvvəl mətbuata açıqlamalar verib.

Avropa.info xəbər verir ki, səfər çərçivəsində Macarıstan prezidenti Yanoş Ader ilə görüşəcək Ərdoğan baş nazir Viktor Orban ilə “Türkiyə-Macarıstan Ali Strateji Əməkdaşlıq Şurası” konfransında sədrlik edəcək.

Ərdoğan dünən axşam ABŞ prezidenti ilə telefon görüşünü gözlədiyini və bu görüşdən sonra ABŞ-a getməyə qərar verdiyini deyib:

“Buş ilə Obama ilə bir çox görüşlərimiz oldu. Həmd olsun, təcrübəmiz pis deyil. Hazırda edilən səfər çox-çox fərqli dövrdə edilir. “Barış Pınarı” əməliyyatının keçirildiyi dövrdə. Buradan ABŞ-ın rolu varmı, var. Təəssüf ki, ABŞ bura 33 min TIR silah-sursat göndərdi. Bunu üz-üzə danışmaq və telefonda danışmaq fərqli şeylərdir. Bu danışıqların üz-üzə aparılmasının çox daha faydalı olması məsələsində razılaşdıq. 

PKK/YPG-nin çıxması məsələsində bizə söz verənlər bunu həyata keçirmiş deyil. 150 saat keçdi, terrorçular çıxmayıb. 

Hazırda gələn terrorçular Suriya Milli Ordusuna hücum edirlər. SMO da eyni şəkildə onlara artıqlaması ilə cavab verir. Bu səhər SMO 11 şəhid verdi. Təbii ki, qarşı tərəf də bundan daha çoxunu öldürüldü. 

Akşenerin bu məsələdə tələbini doğru saymıram. Biz bu addımı atmaq məcburiyyətindəyik. Biz bu görüşləri əsla kəsmərik”.

Ərdoğan İŞİD lideri Bağdadi və ailəsinin həbs ilə bağlı da danışıb:

“Vəziyyət daha ciddi miqyaslara doğru gedir. Bağdadinin yaxın ətrafı ölkəmizi hədəf seçdi. Bunlar ölkəmizə gəlmək üçün səy göstərirlər. Son dəfə Azezdə bacısı, arvadı və uşağı saxlanılmışdı.

Biz həbs etdiyimiz adamları deportasiya mərkəzlərinə yerləşdiririk. Bu mərkəzlərdə qalacaqlar. Ədliyyə nazirimiz nə qərar verəcək, görəcəyik.

Bir arvadı 1-1,5 il idi əlimizdə idi. Hadisə daha inkişaf etdi. İndi say iki ədədli rəqəmə doğru gedir. Baxanda görürsünüz ki, bunun içində bütün yaxınları var. Açıqlama verməyi doğru saymıram, hər şey diqiqləşsin, inşallah bunların açıqlamasını verəcəyik. İstintaqı dərinləşdirməliyik ki, səhv etməyək”.

Ərdoğan Türkiyə-Suriya sərhədində rus hərbi polisi ilə birgə patrul fəaliyyətinin davam edəcəyini, Trampla telefon görüşündən sona Putinlə də telefonda danışacağını bildirib.


Oxunma sayı: 1288

Oxşar yazılar