Bakıdan oğurluq üçün İstanbula getdilər - Azərbaycanlıların film kimi cinayətləri

  • 11:17 - 07 Noyabr

İstanbulda bir tekstil firması və yükdaşıma şirkətindən 250 min dollarlıq oğurluq edən dəstənin bir üzvünü polis yaxalayıb.

Avropa.info xəbər verir ki, oktyabrın 8-də İstanbulun Fatih rayonunda tekstil firmasıda silahlı və maskalı şəxslər tərəfindən soyğun olub. İçəridəki zərərsizləşdirən dəstə kassada olan 130 min dolları götürüb, oradan qaçıb.

Noyabr 1-də yenə həmin ərazidə yükdaşıma şirkətinə hücum edən oğrular oradan 120 min dollar götürüblər.

Hadisədən sonra qaçarkən təhlükəsizlik kameralarına düşən şübhəlilərdən Vəli V. adlı azərbaycanlı tutulub. Dindirilmə zamanı həmin şəxs hər iki soyğunu eyni dəstənin etdiyini bildirib. 

Polisdən təsbit edib ki, tutulan dəstə üzvləri Bakıdan İstanbula soyğun törətmək üçün gəliblər. Onlar əldə etdikləri pulları qeyri-qanuni yolla ölkədən xaricə göndəriblər. 


Oxunma sayı: 5193

Oxşar yazılar