Ərdoğan və Tramp arasında kritik görüş

  • 07 Noy - 2019

Bu gecə Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon görüşü olub.

Avropa.info xəbər verir ki, görüşdə ikitərəfli məsələlərlə yanaşı regional proseslər də müzakirə olunub. İki lider 13 noyabrda Vaşinqtonda baş tutacaq görüşlərini yenidən təsdiqləyiblər.

Türkiyə prezidenti köməkçisi Fuad Oktay “ABŞ prezidentinin məktubuna etiraz Trampa Ərdoğan ilə görüşlərində birbaşa çatdırılıb” deyib.

Ərdoğan telefon söhbəti ilə bağlı “Twitter” səhifəsində bunları yazıb:

“ABŞ prezidenti Donald Tramp ilə ikitərəfli münasibətlərini və regionumuzdakı məsələləri müzakirə etdiyimiz məhsuldar telefon görüşü keçirdik. Görüşdə terrorla mübarizə və ölkələrimiz arasındakı ticarət hədəfləri başda olmaqla bir çox məsələdə atacağımız addımları qiymətləndirdik”.

Donald Tramp da Ərdoğanla keçirdiyi telefon görüşü ilə bağlı “Twitter” səhifəsində açıqlama verib:

“Ərdoğan mənə atışma əsnasında qaçdıqları qeyd olunan, aralarında terrorçu Əbubəkr əl-Bağdadinin arvadı və bacısının olduğu bir çox İŞİD üzvünün ələ keçirildiyini dedi”. 

Tramp görüşdə Suriya sərhədi, terrorun aradan qaldırılması, YPG/PKK və digər məsələlərin müzakirə olunduğunu qeyd edib.


Oxunma sayı: 496

Oxşar yazılar