İndiyədək 17500-ə yaxın şəhid vərəsəsinə 11 min manat ödənilib

  • 07 Noy - 2019

Şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi proqramı 96% icra olunub.

Avropa.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib. Nazir müavini bildirib ki, bu günədək 11740 şəhidin 17500-ə yaxın vərəsəsi ödəmə ilə təmin edilib.

Qeyd edək ki, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268 nəfərdir. Ötən il noyabrın əvvəlllərindən həmin şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.


Oxunma sayı: 309

Oxşar yazılar