Mehriban Əliyeva neftçiləri təbrik etdi – Foto

  • 07 Noy - 2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi ilə əlaqədar neftçilərimizi təbrik edib.

Avropa.info-nun məlumatına görə, Birinci vitse-prezident özünün feysbuk hesabında yazıb:

"Bu gün əfsanəvi «Neft Daşları»nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"


Oxunma sayı: 386

Oxşar yazılar