İspaniya Kataloniyaya 4500 əlavə polis göndərir - Seçki günündə təhlükəsizliyi təmin edəcəklər

  • 06 Noy - 2019

Kataloniyalı liderlərə qarşı İspaniyanın Ali Məhkəməsinin qərarı ilə əlaqədar Kataloniyada baş verən son hadisələri nəzərə alaraq, ölkənin hakimiyyət orqanları regiona 4500-ə yaxın milli polis və vətəndaş qvardiyasının əməkdaşını göndəriblər. 

Asayiş keşikçiləri noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçki günündə təhlükəsizliyi təmin edəcəklər. 

Jeneralitatın rəhbərliyi ilə Kataloniya ərazisində yerləşdirilən polis qüvvələri seçki məntəqələrinin mühafizəsi üçün daha 8 min əməkdaş cəlb edəcəklər. 

Polis patrulu 4 mindən çox əhalisi olan bələdiyyələrdə hər bir seçki məntəqəsini izləyəcək. 

Qeyd edək ki, noyabrın 10-da İspaniyada son 4 il ərzində dördüncü ümumi seçkilər keçiriləcək. Bu seçkilər tərəflərin sabit hökumətin təmin olunmasından ötrü razılığa gəlməkdə bacarıqsızlığını sübut edir. Pedro Sançes koalisiyanın formalaşdırılmasının mümkünsüzlüyü səbəbindən seçkilərin məcburi keçirilməsi məsuliyyətini müxalifət partiyalarının üzərinə qoyub.


Oxunma sayı: 606

Oxşar yazılar