Nazir müavini: "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə Çindən Avropaya daha çox yük göndərilməlidir"

  • 18:36 - 06 Noyabr

Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya gedən “China Railway Express” yük qatarının təntənəli qarşılanma mərasimi keçirilir.

Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qarşılanma mərasimində çıxış edərkən bildirib ki, bu ölkələrlə nəqliyyat, tranzit sahəsində əməkdaşlığımız daha da genişlənəcək.

N. Səfərov bildirib ki, Azərbaycan bu sahədə əməkdaşlığa daima xüsusi önəm verib.

Nazir müavini qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TMTM) istifadə etməklə Çindən Avropaya daha çox yüklərin göndərilməsi ilə bağlı əməkdaşlığımızı davam etdirməliyik: “Bununla yanaşı, Çinlə birgə Avropaya göndərilən yük qatarlarının tanıdılmasının genişləndirilməsinədə ehtiyac var”.

Xatırladaq ki, Çinin Şian şəhərindən çıxan, Mərmərə tunelindən istifadə edərək Çexiyanın paytaxtı Praqaya hərəkət edəcək ilk yük qatarı "China Railway Express" 6 noyabr Ankaraya çatıb. (report)


Oxunma sayı: 4962

Oxşar yazılar