“Qarabağ klanı” Paşinyana qarşı əks-hücuma keçdi

  • 06 Noy - 2019

Ermənistan Xüsusi İstintaq Xidməti qondarma Qarabağ rejiminin milli təhlükəsizlik şurasının keçmiş katibi, general-mayor Vitali Balasanyanı istintaqa dəvət edib. Bunun üçün İstintaq Xidməti qondarma rejimin “prokurorluq” orqanlarına müraciət edib.

Modern.az xəbər verir ki, 10 nəfərin ölümü ilə nəticələnən 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işində şahid kimi ifadə verməli olan Balasanyan 2 dəfə istintaqın dəvətini qəbul etməyib. Amma onun Paşinyan hakimiyyətinə qarşı son vaxtlar etdiyi sərt çıxışlar rəsmi Yerevanda narahatlıqla qarşıalnıb. Belə ki, 2020-ci ildə işğal alıtndakı torpaqlarda keçirilməli olan “prezident seçkilərin”nə namizədliyini irəli sürən Balasanyan “Qarabağ klanı”nın əksər üzvlərinin açıq demədiyi etirazları dilə gətirir.

Onun Nikol Paşinyan və radikal “Ssana Tsrer” qruplaşması barədə sərt çxışı işə ölkə cəmiyyətində böyük əks-səda doğurmuşdu.

“Nikol Paşinyan və bu terrorçu qruplaşma bir-birinin tayıdır. Biri silahla, digəri isə hakimiyyəti ələ keçirməklə məşğuldur. Qoy Nikol Paşinyanın tərəfdarları bizi eşitsin və addım atsınlar”.

Son olaraq Balasanyanın həbsdə saxlanılan eks-prezident Robert Koçaryanın xeyrinə öz ofisi qarşısında imza toplama kampaniyasına başlaması Paşinyanın qəzəbinə səbəb olmuşdu. Faktiki olaraq, Qarabağdakı rejimin müdafiə etdiyi generalı Yerevana gətirmək Ermənistan hakimiyyəti üçün əlçatan görünmür.


Oxunma sayı: 419

Oxşar yazılar