Suriyada öldürülən PKK/YPG terrorçusunun CHP-li deputatla görüntüləri ortaya çıxdı - Foto/Video

  • 06 Noy - 2019

Türkiyənin Muğla vilayətində PKK tərəfdarları ilə tanış olduqdan sonra PKK terror təşkilatına qoşulan və təlim aldıqdan sonra YPG uniformasını geyərək, Suriyaya göndərilən Ceren Günəş TSQ və Suriya Milli Ordusu ilə döyüşdə öldürülüb.

Avropa.info xəbər verir ki, öldürülən terrorçu Ceren Günəşin terror təşkilatına qoşulmadan əvvəl Türkiyə parlamentində çəkilən görüntüləri ortaya çıxıb.

Suriyada öldürülən YPG üzvü Günəşin terror təşkilatına qoşulmadan əvvəl CHP-li deputat Vəli Ağbaba ilə Türkiyə parlamentində keçirdiyi mətbuat konfransından görüntüləri ortaya çıxıb. Görüntülərin çıxmasından sonra CHP-li deputat sosial şəbəkədə tənqid yağışına tutulub.


Oxunma sayı: 5523

Oxşar yazılar