Azərbaycanın hərbi xərclərini kəskin artırması erməniləri təşvişə saldı

  • 06 Noy - 2019

Azərbaycanın 2020-ci il üçün hərbi xərclərini artırması Qarabağdakı qondarma rejimi qorxuya salıb.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı qondarma rejimin “prezident köməkçisi” Tiqran Abramyan “Facebook”da geniş şərh yazıb.

“Azərbaycanın hərbi xərclərini kəskin artırması müxtəlif aspektlərdən müzakirələrə yol açdı. Hərbi xərclərin 21% artırılması Ermənistan və Qarabağ üçün ciddi risklər doğurur və bugünkü gərginliyi daha da artırır”.

Onun fikrincə, Ermənistan hakimiyyəti Qarabağda təmas xəttini, hərbi mövqeləri möhkəmləndirməli, ön xətdə duran zabitlərin və əsgərlərin maaşlarını artırmalıdır.

Xatırladaq ki, Azərbaycan 2020-ci il üçün dövlət büdcəsində hərbi xərclərini 2019-cu illə müqayisədə 666 milyon manat artıraraq, 3 milyard 853 milyon 600 min manata çatdıracaq.


Oxunma sayı: 793

Oxşar yazılar