Övladları PKK tərəfindən qaçırılan anaların HDP qərargahı önündə oturaq etiraz aksiyası: "Burada ölməyə razıyam..."

  • 06 Noy - 2019

“20 il də keçsə, oğlum gələnə qədər burada oturacağıq”. 

Avropa.info-nun məlumatına görə, bunu HDP Diyarbəkir ərazi təşkilatı binasının qarşısında övladı üçün etiraz aksiyasına keçirən analardan biri Əminə Qaya deyib.

O bildirib ki, oğlu 5 il əvvəl PKK terror təşkilatı tərəfindən qaçırılıb. 

"20 il də keçsə, oğlum gələnə qədər burada oturacağam. Burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox”, - deyə o bildirib. 

Diyarbəkirdə ana Hacirə Akar, oğlu Mehmetin dağa qaçırılmasında HDP-nin vasitəçilik etdiyini iddia edərək, 22 avqustda partiyanın rayon təşkilatı binası qarşısında oturaq aksiyaya başlayıb. 

Hacirə Akar oğlunu terrora qurban verməmək üçün başlatdığı aksiyada qətiyyətli mübarizəsi nəticəsində 24 avqustda övladına qovuşub. Hacirə ananın oğlu üçün apardığı mübarizə eyni ağrıları yaşayan və ürəyi övlad həsrəti ilə yanan digər analara bir nümunə idi. 

H.Akarın mübarizəsini nümunə götürən Fevziye Çətinqaya, Rəmziyə Akkoyun və Ayşəgül Biçərin 3 sentyabrda başlatdığı oturaq aksiyaya qatılan ailələrin sayı 55-ə çatıb. 

Əminə Qaya: “Mən burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox”. 

Əminə Qaya "Anadolu" Agentliyinə kürdcə verdiyi açıqlamada, oğlunun HDP tərəfindən qaçırıldığını və oğlu qayıdana qədər aksiyaya davam edəcəyini söyləyib. 

Ə.Qaya ana kimi çox əziyyət çəkdiklərini dilə gətirib: 

“Bir ana uşağını bir saat görə bilməzsə, harada olduğundan narahat olar. Mənim narahatlığım bir saat deyil, 5 il oldu. Beş ildir yata bilmirik. Xoşbəxt bir anımız yoxdur, gülmürük, üzümüzdə təbəssüm yoxdur. Ağrılarımız çox böyükdür. Oğlum 5 il əvvəl qaçırılıb. 20 il də keçsə oğlum gələnə qədər burada oturacağam. Burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox”. 

Əllərində övladlarının şəkilləri ilə etiraz aksiyalarını davam etdirən analar həsrətini çəkdikləri övladlarına qovuşmaq üçün gözləməyə davam edirlər. Övladlarının qaçırılmasından HDP-nin məsuliyyət daşıdığını düşünən Diyarbəkirli anaların etiraz aksiyası 65 gündür davam edir.


Oxunma sayı: 1398

Oxşar yazılar