Müsavat Partiyasının mitinqinə icazə verildi – Rəsmi

  • 15:33 - 06 Noyabr

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Avropa.info-nun məlumatına görə, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.


Oxunma sayı: 1156

Oxşar yazılar