İndi isə Əli İnsanov, İsa Qəmbər və Əli Kərimli eyni sırada

  • 05 Noy - 2019

Bu gün Bakıda müxalifət liderlərinin görüşü keçirilib.

Müsavat Partiyasının qərargahında keçirilən toplantıda partiyanın indiki və keçmiş sədrləri Arif Hacılı və İsa Qəmbər, AXCP lideri Əli Kərimli və Xalq Partiyasının lideri Pənah Hüseynov iştirak ediblər.

Ancaq diqqəti daha çox cəlb edən müxalifətin ənənəvi görüşlərində görünməyən iki siyasi xadimin - sabiq nazir və keçmiş siyasi məhbus Əli İnsanov və “Turan” xəbər agentliyinin rəhbəri Mehman Əliyevin müzakirələrə qatılması olub.

Turan və digər KİV-lərin məlumatına görə, Azərbaycanda ictimai-siyasi vəziyyəti dəyişə biləcək səfərbərlik tədbirlərinin yetərli olmadığına əmin olduqlarını bildirən iclas iştirakçıları AXCP mitinqlərinin uğursuz Oktyabr strategiyasını müzakirə ediblər.

 

Elə təəssürat yaranır ki, bu görüş keçmiş mitinq taktikasının fəlakətli nəticələrini yumşaltmaq üçün AXCP və Əli Kərimlinin təşəbbüsü ilə təşkil olunmuşdu. Çünki qondarma müxalifət liderlərinin qeyri-rəsmi toplantısında müzakirə edilən gündəmdəki əsas məsələ səylərin koordinasiyası və növbəti mitinqlərdə ümumi müxalifət qüvvələrinin meydana çıxarılması idi.

Keçmiş nazir Əli İnsanovun bir vaxtlar nəinki kəskin tənqid etdiyi, hətta edam olunmasını tələb etdiyi keçmiş Müsavat başqanının yanında oturması da xüsusi diqqət çəkir.

Yeri gəlmişkən, 1997-ci ildə Milli Məclisdə çıxış edən millət vəkili Əli İnsanov deyirdi: "İsa Qəmbər-Azərbaycanda ölüm hökmünün bərpasını tələb edən bir addır".

İsa Qəmbərin və Əli İnsanovun eyni müqavimət xəttində birləşməsi bu qeyri-təbii formatda təmsil olunan hər bir siyasi təşkilatın həyasızlığının, ideyasızlığının və fürsətçi maraqlarının təzahürüdür.(vitualaz.org)


Oxunma sayı: 2003

Oxşar yazılar