Ukraynada dövlət müəssisələrinin üçdəbir hissəsindən çoxunun ləğv edilməsi planlaşdırılır

  • 19:45 - 05 Noyabr

Ukrayna hökuməti dövlət müəssisələrinin üçdəbir hissəsindən çoxunun ləğv edilməsini planlaşdırır.

Avropa.info xəbər verir ki, Ukrayna İqtisadiyyat, Ticarət və Kənd Təsərrüfatının İnkişafı naziri Timofey Milovanov bunu Senzor.net nəşrinə müsahibəsində açıqlayıb.

Nazir bildirib ki, hazırda ölkədə 3 mindən çox “gərəksiz” müəssisə var. Onların 1261-ni ləğv etmək nəzərdə tutulur.

Timoyef Milavanov deyib: “1261 müəssisənin əslində yalnız adı var. Orada bir stol və iki stuldan başqa heç nə yoxdur. Onların ləğv edilməsi planlaşdırılır”.

Nazirin sözlərinə görə, dövlət müəssisələri 3 meyar üzrə təsnif edilir: strateji müəssisələr, özəlləşdiriləcək müəssisələr və ləğv edilməli müəssisələr.

Məmur daha sonra bildirib ki, nazirlik mövcud dövlət müəssisələrinin siyahılarını razılaşdıracaq və bu və ya digər aktivin müvafiq mərkəzi hakimiyyət orqanına nə üçün lazım olduğunu aydınlaşdıracaq.

 


Oxunma sayı: 4973

Oxşar yazılar