Livanda ordu 20 gündür aksiya keçirən etirazçılara müdaxilə etdi - Ordu ilə etirazçılar arasında sərt qarşıdurma (FOTO)

  • 05 Noy - 2019

Livanda pisləşən iqtisadi vəziyyət səbəbindən başlanan xalq etirazlarının 20-ci günündə ordu Beyrutdakı etirazçılara müdaxilə edib.

Avropa.info xəbər verir ki, çoxlu sayda etirazçını saxlayan ordu etirazçıların qurduğu çadırları söküb.

buyuk2 15.19.42



Protestoçulara  müdaxilədən sonra,  Beyrut yaxınlığındakı Cal əl-Dib bölgəsində etirazçılarla ordu arasında bəzi toqquşmalar yaşanıb. Beyrutun bir neçə kilometrliyində yerləşən Zouk Mikael bölgəsində daha şiddətli münaqişələr yaşanıb və xeyli sayda etirazçı saxlanılıb.
 

Yerli televiziyalar, hərbçilərin vətəndaşlar arasında qarşıdurmaların qarşısını almaq üçün bütün yolları açmaq üçün əməliyyat həyata keçirdiklərini bildiriblər. 

buyuk 15.19.42


Hökumət böhranı yaşanan Livanda baş nazir Saad Haririnin istefasından sonra parlamentdə danışıqlar başlamazdan əvvəl yeni namizədlərlə bağlı məsləhətləşmələr aparılır. Ancaq yeni idarəetmə formasının neytral və ya texnotrat olub olmaması ilə bağlı siyasi qüvvələr arasında fikir ayrılığı var.

Avropa.info


Oxunma sayı: 1662

Oxşar yazılar