İraqda vəziyyət gərginləşir – Etirazçılar hərbi qərargahı ələ keçirdilər

  • 05 Noy - 2019

İraqda hökumət əleyhinə keçirilən aksiyalar səngimək bilmir.

Avropa.info xəbər verir ki, keçən gecə polis Bağdadda prezident aparatı və dövlət televiziyası binasına yürüş edən şəxslərə atəş açması nəticəsində 4 nəfər ölmüş, 35 nəfər yaralanmışdı.

Etiraz edən kütlə bu gün isə İraqın cənubundakı Bəsrə vilayətində İraq ordusuna məxsus qərargahı ələ keçiriblər. Etirazçıların Bəsrənin Üm Qəsr limanı yaxınlığındakı qərargaha girdiyi, İraq əsgərlərinin hərbi qərargahdan çıxdığı bildirilir.

Etirazçılara açılan atəş nəticəsində Bəsrədə bir nəfərin öldüyü, 4 nəfərin də yaralandığı bildirilir.


Oxunma sayı: 694

Oxşar yazılar