“Erməni terrorçuları 40 diplomatımızı şəhid etdi, Qərbin buna etiraz etdiyini gördükmü?" - Ərdoğandan ABŞ-a sərt ittihamlar

  • 05 Noy - 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün sədri olduğu partiyanın qrup iclasında çıxış edib.

Avropa.info xəbər verir ki, Ərdoğan Qərbin terrora qarşı mövqeyinə etiraz edərək “15 iyul gecəsi hamısının çevrilişçilərin uğur qazanmasını həyəcanla gözlədiyini bilirik. Millətimiz dimdik durub dəstək verincə, tərbiyəsizləşdilər, ağıllarını itirdilər” deyib.

“İndi mən buradan Qərbə səslənirəm. Daha əvvəl “Asala” 40-a yaxın diplomatik nümayəndəmizi şəhid etdi. Bu erməni terror təşkilatı qarşısında istər Amerika, istərsə Qərbin mövqeyini gördükmü? Təəssüf ki, Türkiyənin bu terrorla mübarizə prosesi təqdir edilmək əvəzinə, istifadə edilən vasitəyə çevrildi. Suriyada terror halları artınca bütün dünyadan yardım istədik. Zahirdə hər kəs təklifə müsbət baxdı, amma işin həyata keçməsi üçün heç kəsin tükü belə tərpənmədi. 

Terrorçulara bizə hücum edən zaman çağırışımızı yenilədik. Amma dəstək olmaq bir yana, HHM sistemlərini söküb apardılar. 15 iyul gecəsi hamısının çevrilişçilərin uğur qazanmasını həyəcanla gözlədiyini bilirik. Millətimiz dimdik durub dəstək verincə, tərbiyəsizləşdilər, ağılarını itirdilər” - Ərdoğan belə deyib.

Avropa.info


Oxunma sayı: 8372

Oxşar yazılar