Türk general Bakıda: Hərbi dialoq başladı

  • 05 Noy - 2019

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb.

Report xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın ikinci rəisi korgeneral Mətin Gürak toplantıda iştirak etmək üçün Azərbaycana gəlib.

Tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirirlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edirlər.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Mətin Gürakdır.

Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.


Oxunma sayı: 529

Oxşar yazılar