"Neft Daşları"ndan indiyədək 13 mlrd. kubmetrdən çox qaz hasil edilib

  • 18:53 - 04 Noyabr

“Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarından indiyədək (01.10.2019-cu il tarixinə) 14 327 mln. kubmetr qaz hasil edilib.

Bunu “APA-Economics”ə Azərbaycanın neft-qaz bazarında fəaliyyət göstərən mənbə deyib.

Mənbənin sözlərinə görə, hasil edilən qazın 13 589  mln. kubmetri “Neft Daşları”, 738 mln. kubmetri isə “Palçıq Pilpiləsi” yatağının payına düşüb.

Hər iki yataq SOCAR-ın “Neft Daşları” Neft-Qaz Çıxartma İdarəsinin balansındadır. ““Neft Daşları” üzrə qalıq çıxarıla bilən qaz ehtiyatı 1 574 min kubmetrdir, “Palçıq Pilpiləsi”də bu göstərici cəmi 561 min kubmetr səviyyəsindədir”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, Yataqlar üzrə İstismar Quyu Fonduna (01.10.2019-cu il tarixinə) 520 quyu daxildir (“Neft Daşları” – 406, “Palçıq Pilpiləsi” – 114), bunlarda da 504-i fəaliyyətdə olan fonda daxildir (“Neft Daşları” – 399, “Palçıq Pilpiləsi” – 105). Bu tarixə (01.10.2019) yataqlar üzrə orta gündəlik neft hasilatı 3 014 ton təşkil edib (“Neft Daşları” – 2 749, “Palçıq Pilpiləsi” – 265).

Xatırladaq ki, “Neft Daşları” yatağının sənaye əhəmiyyətli işlənilməsi 1951-ci, “Palçıq Pilpiləsi” yatağının işlənilməsi isə 1963-cü ildən başlayıb.


Oxunma sayı: 4929

Oxşar yazılar