“Qarabağ” Mahir Emrelinin son durumunu açıqladı

  • 04 Noy - 2019

Premyer Liqanın 10-cu turunda "Neftçi" ilə matçda zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emrelinin əzələsində dartınma olduğu aşkarlanıb.

Avropa.info sportal.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Mahir "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.

APOEL - "Qarabağ" oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.


Oxunma sayı: 309

Oxşar yazılar