ABŞ sanksiyaları İran iqtisadiyyatını vurdu - Tümən dollar qarşısında 73% ucuzlaşdı

  • 15:54 - 04 Noyabr

ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonra İranın tətbiq etdiyi sanksiyalar əvvəlcə bu ölkənin dollar, qızıl və qiymətləri metallarını, ikinci mərhələdə isə polad, kömür, alüminim ticarəti ilə avtomobil və mülki müdafiə sektorlarını vurdu.

Avropa.info xəbər verir ki, İran Neft Nazirliyinin statistikasına görə, ABŞ müqavilədən çıxmazdan əvvəl İran 2018-ci ilin aprelində sutkada 2,8 milyon barel xam neft və kondensat ixrac edirdi. Bu ilin sentyabr ayında isə İranın ixracat miqdarı sutkalıq 500 min bareldən aşağı düşüb, bu isə müqayisədə 82% düşüş deməkdir. 

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk neft sanksiyaları üzündən İranın bu sektordakı gəlirlərinin azaldığını deyib:

“Sadəcə neft embarqosu İran rejimini illik 50 milyard dollar gəlirdən məhrum edəcək. Təzyiqlər davam edəcək və İran rejimi bu təzyiqlərə davam gətirə bilməyəcək”.

Tehranın ən böyük müştərisi Hindistan və Çinin sanksiyalarından sonra İrandan neft idxalı ciddi səviyyədə azaldı. İran xüsusilə Çinə neft ixrac etməyə davam edir, ancaq konkret rəqəmlər məlum deyil. Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, ABŞ-ın müqavilədən çıxmasından əvvəlki müddətdə İrandan gündəlik 800 min neft idxal edən Çin şirkətləri bu ilin sentyabr ayında 250 min barel neft idxal edib.

Hindistanın isə İrandan az miqdarda neft almağa davam etdiyi zənn edilir. Avropa İttifaqı ölkələri ilə Yaponiya və Cənubi Koreya kimi ölkələr hər nə qədər sanksiyalara qarşı olsa da, ABŞ-ın hədələri nəticəsində neft idxalını tamamilə dayandırdılar.

Keçən ilin mayında 1 ABŞ dolları üçün 6 min 500 tümən olan İran pulu keçən ilin sentyabr ayında 19 min tümənə qədər ucuzlaşmışdı. Daha sonra tümən qarşısında ucuzlaşan dollar 11 min 300 tümənə qədər düşüb. Bu zaman çərçivəsində İran pul vahidi dollar qarşısında 73% dəyər itirib.

İran iqtisadiyyatındakı böhran təkcə milli pul vahidinin dollar qarşısında ucuzlaşması ilə qalmayıb. Pulun dəyər itirməsi xarici ticarəti də çətin vəziyyətə salıb və iqtisadiyyatın kiçilməsinə səbəb olub.

İran Mərkəzi Bankının statistikasına görə, İran iqtisadiyyatında nüvə müqaviləsinin qüvvəyə mindiyi 2016-cı ildə 12,5%, 2017-ci ildə isə 3,7%-lik böyümə qeydə alınıb. 2018-ci ildə isə iqtisadiyyat 3,9% kiçilib. Beynəlxalq Valyuta Fondu “Dünyanın iqtisadi mənzərəsi” hesabatında İran iqtisadiyyatının kiçilmə miqyasını 9,5% göstərib.

2016-cı ildə nüvə müqaviləsinin qüvvəyə mindiyi dövrdə ölkədə inflyasiya 26 illik fasilədən sonra ilk dəfə 9% geriləyib. ABŞ-ın keçən il müqavilədən çıxaraq, sanksiyalar tətbiq etməsi isə inflyasiyanı 52,1%-ə çıxardı. İran Statistika Mərkəzinin məlumatına görə, sentyabr ayında son bir illik inflyasiya 42% olub. İnflyasiyanın nəzarətdən çıxması alıcılıq qabiliyyətinə təsir edib. İranda bu il 1 milyon 516 min tümən müəyyən edilən minimal əmək haqqı ABŞ müqavilədən çıxmazdan əvvəl 200 dollar dəyərə malik ikən, bu gün 134 dollara düşüb.

Nüvə müqaviləsinin avropalı tərəfdaşları Almaniya, Fransa və İngiltərənin İranla ticarəti asanlaşdırmaq və avropalı şirkətləri ABŞ-ın sanksiyalarından qorumaq üçün bu ilin əvvəlində qurduqları “İnstex” adlı ödəniş mexanizminin sadəcə qida və dərman ticarətini əhatə etməsi İranın etirazına səbəb olub. Neft və neft məhsullarını əhatə etməyən “İnstex” hələ də dövriyyəyə girməyib.

Avropanı ABŞ-ın İran əleyhinə addımlarına qarşı reaksiyasız qalmaqda tənqid edən rəsmi Tehran, müqavilənin tərəfdaşı olan BM Təhlükəsizlik Şurası üzvləri və Almaniyadan müqavilənin saxlanılmasını istədi, ancaq gözləntiləri təmin olunmadı. Buna cavab olaraq rəsmi Tehran 8 mayda müqavilə tərəflərinin İranın maraqlarını qoruyacaq addımlar atana qədər iki aylıq müddətdə müqavilədəki öhdəliklərini azaltma prosesinə gedəcəyini açıqlayıb.

İran bu çərçivədə müqavilədə göstərilən uran ehtiyatı miqdarını 1 iyulda, zənginləşdirilmiş uran limitini isə 8 iyulda keçdiyini bəyan etdi. Tehran 7 oktyabrda müqavilənin öhdəliklərini azaltma qərarının üçüncü addımı olaraq uranı 20-dən çox zənginləşdirmə imkanına malik sentrifuqalardan istifadə edəcəyini açıqladı.

Uranın 20% zənginləşdirilməsi nüvə bombası istehsalı üçün lazım olan 90%-lik parçalana bilə urana çatmaq üçün vacib addım sayılır. İran nüvə müqaviləsinin avropalı tərəfdaşlarının ABŞ sanksiyalarına qarşı neft satışına şərait yaratmaması halında noyabr ayının ilk həftəsində müqavilədəki öhdəliklərini azaltmaqla bağlı dördüncü addımı atmağı planlayır.


Oxunma sayı: 12266

Oxşar yazılar