Biləsuvarda yardımçı təsərrüfata basqın edən 2 nəfərdən biri tutuldu

  • 14:42 - 04 Noyabr

Biləsuvar rayonunda quldurluq hadisəsi baş verib.

DİN-nin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gələn 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3994

Oxşar yazılar