Gələn həftədən büdcə müzakirələri başlayır

  • 13:11 - 04 Noyabr

Gələn həftə Azərbaycanın 2020-ci il dövlət büdcə zərfi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Avropa.info xəbər verir ki, noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.


Oxunma sayı: 4335

Oxşar yazılar