Həmkəndlisini döyərək öldürən Ağdam sakininin kimliyi müəyyən olunub

  • 23:44 - 03 Noyabr

Ağdamın Xındırıstan kəndində həmkəndlisini döyərək öldürən şəxsin kimliyi məlum olub. 

O kənd sakini 1972-ci il təvəllüdlü Nəsibov Umud Qulu oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. 

****

Ağdamda 56 yaşlı kişi həmkəndlisilə dava zamanı ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində baş verib. 

Kənd sakini Hətəmov Əli Əsgər oğlu həmyerlisi ilə mübahisə edib. Mübahisə zamanı Ə.Hətəmov döyüldükdən sonra üstündən at arabası ilə keçilib. Ə.Hətəmovu Ağdam
Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. 


Oxunma sayı: 4830

Oxşar yazılar