Moskvada silahlı soyğunçular azərbaycanlının 5 milyonunu apardılar

  • 20:55 - 03 Noyabr

Noyabrın 1-də beş soyğunçu Moskvanın Yuxarı sahələr küçəsində yerləşən 17 mərtəbəli binada yaşayan azərbaycanlının evinə basqın ediblər.

Virtualaz.org bildirir ki, bu barədə “Moskva” agentliyi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum edənlərdən biri 1975-ci il təvəllüdlü kişiyə travmatik tapançadan iki dəfə atəş açıb. Soyğunçular azərbaycanlının 5 milyon rublla dolu çantasını oğurlayaraq yoxa çıxıblar.

Zərərçəkən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hücum edənlərdən biri tez bir zamanda polis tərəfindən tutulub.

Polis Cinayət Məcəlləsinin 162-ci maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən quldurluq faktı ilə cinayət işi açıb.


Oxunma sayı: 4225

Oxşar yazılar