Türkiyədə kütləvi zəhərlənmə qeydə alınıb

  • 03 Noy - 2019

Türkiyənin Afyonkarahisar vilayətində dönərdən zəhərlənməsi şübhəsi ilə 67 nəfər xəstəxanaya yerləşdirilib.

Onlar hamısı yerli universitetin tələbəsidir. Zəhərlənən tələbələrdə ürək bulanması və qarın ağrısı müşahidə edilib.

Afyonkarahisar vilayətinin Əkinçilik və Meşəçilik İdarəsi dönərin nümunələrini götürüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.(trend)


Oxunma sayı: 738

Oxşar yazılar