“Saudi Aramco” ilk dəfə səhmlərinin bir hissəsini satacağını açıqlayıb

  • 15:15 - 03 Noyabr

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” bu gün ilk dəfə səhmlərinin bir hissəsini birjada yerləşdirəcəyini açıqlayıb.

“France-Presse” agentliyi “Saudi Aramco”nun səhmlərinin 5 faizini satacağı barədə məlumat yayıb.

Səhm satışının dekabrın ortalarında başlayacağı gözlənilir. Öncə “Saudi Aramco”nun səhmlərinin 2 faizini ölkə daxilində –“Tadawul Saudi” birjasında satışa çıxaracağı proqnozlaşdırılır. Növbəti ildə səhmlərin 3 faizi xarici birjada satılacaq. Həmin xarici birja hələlik müəyyənləşdirilməyib.  Ümumilikdə hazırda birja dəyəri 1,7 trilyon dollar proqnozlaşdırılan "Saudi Aramco”nun 5 faiz səhm satışından 100 milyard dollar əldə edəcəyi gözlənilir.(apa)


Oxunma sayı: 5336

Oxşar yazılar