Güləşçimiz erməniyə qalib gəlib dünya üçüncüsü oldu - Video

  • 12:35 - 03 Noyabr

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Virtualaz.org bildirir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Zaur Əliyev (-55 kq) startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə gəlib. Gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüşdə Zaur Qazaxıstan güləşçisi ilə qarşılaşıb. O, son dəqiqəyədək 0:4 hesabı ilə geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal uğrunda görüşə çıxıb. Erməni güləşçi Norayr Hakobyanla prinsipial qarşılaşmadan 7:2 hesabı ilə qalib ayrılan Zaur dünya üçüncüsü olub.

Digər idmançımız Tuncay Vəzirzadə təsnifat mərhələsində Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.

Eltun Vəzirzadə isə ilk görüşdə Danimarka təmsilçisini üstələsə də, 1/8 finalda Türkiyə pəhləvanı ilə bacarmayıb.

Qeyd edək ki, bu gün dünya çempionatında son gündür. Daha bir güləşçimizin qızıl, ikisinin isə bürünc medal şansı var.


6fU5YgRGXK0

Oxunma sayı: 5105

Oxşar yazılar