“Liverpul” və “Mançester Siti” növbəti qələbələrini qazanıblar

  • 11:35 - 03 Noyabr

Noyabrın 2-də futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci turun növbəti oyunları keçirilib.
Avropa.info xəbər verir ki, son çempion “Mançester Siti” öz meydanında “Southemton” komandasını qəbul edib. Mançester təmsilçisi hesabda 1:0 hesabla geridə olsa da, ardıcıl iki qol vuraraq qələbə qazanıb.
“Mançester Siti”nin əzəli rəqibi “Liverpul” isə səfərdə eyni hesabla “Aston Villa” komandasını məğlub edib - 2:1.
Turun gözlənilməz hesabı “Vitality” stadionunda qeydə alınıb. “Mançester Yunayted” klubu səfərdə “Bournemouth” komandasına məğlub olub - 1:0.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb.
“Arsenal” - “Volvethrmton” - 1:1;
“Brayton” - “Norviç Siti” - 2:0;
“Şeffild Yunayted” - “Börnli” - 3:0;
“Vest Ham” - “Nyukasl Yunayted” - 2:3;
“Vatford” - “Çelsi” - 1:2.
Qeyd edək ki, tura noyabrın 3-də iki oyunla yekun vurulacaq.


Oxunma sayı: 4478

Oxşar yazılar