Salyanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib

  • 21:30 - 02 Noyabr

Noyabrın 1-də Salyan şəhərində yaşayan N.Hüseynovun evində ailə münaqişəsi zəminində arvadı İ.Hüseynovanı bıçaqla qətlə yetirməsi, sonra isə həmyerlisi Z.Sadıqova və özünə xəsarət yetirməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, Z.Sadıqov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən N.Hüseynov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 5501

Oxşar yazılar