"SOCAR Turkey Energy" şirkətində yeni təyinatlar

  • 19:19 - 02 Noyabr

"Petkim" neft-kimya kompleksinin rəhbəri Anar Məmmədov "SOCAR Turkey Energy" şirkətinin neft emalı və neft-kimya şöbəsinin rəhbəri, STAR meft emalı zavodunun baş direktoru Mesut İlter şirkətin əməliyyat fəaliyyətinin təkmilləşdirilməsi şöbəsinin rəhbəri təyin olunublar.

 A.Məmmədov və M.İlter "Petkim" və STAR zavodundakı fəaliyyətlərini də davam etdirəcəklər.

Qeyd edək ki, SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey Energy" şirkətində 5 min əməkdaş işləyir, illik ixrac potensialı 3 milyard dollar təşkil edir.


Oxunma sayı: 4907

Oxşar yazılar