Azərbaycanın şahmat yığması Ermənistana qalib gələrək Avropa çempionatının medalçısı olub

  • 02 Noy - 2019

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

"Report"un məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib - 3:1. Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub. 


Oxunma sayı: 1002

Oxşar yazılar