Qırğızıstan Prezidenti: "Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam"

  • 02 Noy - 2019

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov prezidentlik müddəti bitdikdən sonra vəzifəsindən ayrılacağını deyib.

Qırğızıstan Prezidenti bu barədə jurnalistlərlə qeyri-formal görüşündə deyib.

"Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam. Dövləti və ya yaxınlarımı seçməliydim. Seçimimi etdim, mən Qırğızıstan xalqını seçdim", -  deyə o bildirib.

Prezident qeyd edib ki, o, qanun və xalq qarşısında təmizdir və prezidentliyi müddətindəki bütün əməllərinə görə cavab verməyə hazırdır.

Qırğızıstan Konstitusiyasına görə, prezident 6 il müddətinə ancaq bir dəfə seçilir. Jeenbekovun andiçmə mərasimi 2017-ci ilin noyabr ayında keçirilib.(apa)


Oxunma sayı: 650

Oxşar yazılar