Kliçkoya cinayət işi açıldı

  • 12:27 - 02 Noyabr

Ukraynanın Milli Antikorrupsiya Bürosu hakimiyyətdən sui-istifadə ittihamı ilə Kiyev meri Vitali Kliçkoya cinayət işi açıb.

Avropa.info xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Mer barəsində cinayət işi Kiyev şəhər şurasının deputatlarının şikayətindən sonra açılıb. Onların fikrinə görə, Kliçko və Kiyev şəhər administrasiyasının və Kiyevin yol-nəqliyyat tikintisi idarəsi Şulyavsk körpüsünün tikinti xərclərini dəyərindən artıq göstəriblər. Körpünün tikintisinə 1 milyard qriven (36 milyon dolllara yaxın) pul xərclənib.

Deputatlar Kliçkonu keçmiş siyasi həmkarı “Ukrstroy İnvest” və “Ukrbud Development” şirkətlərinin sahibi Maksim Mikitasla pulları mənimsəməkdə ittiham edirlər.


Oxunma sayı: 5336

Oxşar yazılar