"Qarabağ" və "Neftçi" meydana talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarla çıxıb

  • 22:29 - 01 Noyabr

"Qarabağ" və "Neftçi" komandaları X turun açılış oyununa talassemiya xəstəliyindən müalicə olunan uşaqlarla çıxıblar.

Üzərində "Sevindirdiyiniz qədər sevin!" şüarı yazılan plakat tutan futbolçular və hakimlər meydana xüsusi qoruyucu maska ilə gəliblər. Onlar həmçinin "Sevildiyiniz qədər sevin!" yazılmış mayka geyiniblər. "Neftçi"nin kapitanı Emin Mahmudov oyunçular adından dəstək nitqi söyləyəndən sonra matça start verilib.

Qeyd edək ki, "Bakcell Arena"da saat 20:00-da başlayan görüşdə hələlik hesab açılmayıb.


Oxunma sayı: 5633

Oxşar yazılar