Avropa çempionatı: Şəhriyar Məmmədyarov erməni ilə heç-heçə oynadı

  • 21:35 - 01 Noyabr

Gürcüstanın Batumi şəhərində davam edən şahmat üzrə komandalararası 22-ci Avropa çempionatının 8-ci turunda Azərbaycan komandası Ermənistan komandası ilə qarşılaşır.

Komandaların liderləri arasında görüşdə Şəhriyar Məmmədyarovla Levon Aronyan üz-üzə gəliblər. Görüş heç-heçə başa çatıb.

Digər cütlüklərdə Arkadi Naydiç Qabriel Sarkisyanla, Qədir Hüseynov Hrant Melkumyanla və Eltac Səfərli Arman Paşikyanla qarşılaşır.

Qeyd edək ki, bu tura qədər bizim kimi, ermənilərin də 9 xalı vardı.

Onu da qeyd edək ki, Azərbaycanın medallar uğrunda mübarizə aparan qadınlardan ibarət komandası son turda Fransa ilə oynayacaq.


Oxunma sayı: 5886

Oxşar yazılar