“Azəriqaz”ın yeni baş direktoru kollektivə təqdim olundu

  • 16:29 - 01 Noyabr

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev “Qaz İxrac” İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifələrinə sınaq müddətinə təyin olunublar. 

Avropa.info xəbər verir ki, Birliyin kollektivi ilə keçirilən görüşdə çıxış edən SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov yeni təyinatlar barədə ətraflı məlumat verib və onlara uğurlar arzulayıb. 

Əkbər Hacıyev və Ruslan Əliyev də öz növbəsində SOCAR rəhbərliyinə onlara göstərdiyi etimada görə təşəkkür ediblər və bu etimadı doğrultmaq üçün səylə çalışacaqlarını bildiriblər. 

Qeyd edək ki, Ruslan Yusif oğlu Əliyev yeni təyinata qədər 2015-ci ildən “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Satış və İstismar üzrə müavini vəzifəsində çalışıb. 


Oxunma sayı: 8471

Oxşar yazılar