Keçmiş məhkumdan yarım kiloqram heroin götürüldü

  • 01 Noy - 2019

Bakı sakinin evində herion aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abuşov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 520 qramdan artıq heroin, 8 qramdan artıq metamfetamin, 56 qramdan artıq tiryək və metadon da aşkar edilərək götürülub.


Oxunma sayı: 496

Oxşar yazılar