Para-taekvondoçumuz Avropa çempionu oldu – Foto

  • 15:13 - 01 Noyabr

İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa çempionatında Azərbaycan komandası növbəti dəfə uğurlu çıxış edib.

Azərbaycan Taekvondo Federasiyasından Avropa.info-ya verilən məlumata görə, millinin üzvü Aynur Məmmədova "PalaFlorio" idman arenasında 58 kq yuxarı çəki dərəcəsindəqitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan komandası qitə çempionatında 8idmançı ilə təmsil olunur. Yarışlara noyabrın 3-də yekun vurulacaq.


Oxunma sayı: 6293

Oxşar yazılar